EN

Trampın müşaviri: "Rusiya lideri mesajdan nəticə çıxarmalıdır, əks halda..."

"Rusiya-Ukrayna müharibəsinin bitirilməsi məqsədiylə vitse-prezidenti J.D.Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset birgə yaxın günlərdə Avropaya səfər edəcək".

Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu sözləri ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Uols "NBC News"a müsahibəsində deyib.

O bildirib ki, onlar Avropa ölkələrinin liderləri ilə müharibənin bitməsinin təfərrüatlarını müzakirə edəcək: "Hesab edirəm ki, iqtisadiyyatı çöküşdə olan Rusiya lideri Trampın mesajından nəticə çıxaracaq. Əks halda daha sərt sanksiyalar tətbiq olunacaq. Biz bütün tərəfləri masaya yığıb bu müharibəyə son qoymalıyıq. Eyni zamanda, Yaxın Şərqdəki savaşlar da sona çatmalıdır. Bütün bunlar Çin prezidenti Xi Jinping, Hindistanın baş naziri Narendra Modi və Yaxın Şərq liderləri ilə danışıqlarda da müzakirə edilib. Onlar müharibələri bitirmək üçün prezident Trampı dəstəkləməyə hazırdır".

Lamiyə Əhmədli
MİA.AZ

Chosen
12
mia.az

1Sources