EN

Ayaqların davamlı üşüməsinin ağlagəlməz SƏBƏBİ

Endokrin sistemlə bağlı problemlər ayaqların üşüməsinə səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, bunu diyetoloq Natalya Fariseeva “NEWS.ru”ya bildirib. Mütəxəssisin sözlərinə görə, bu problemlə daha çox yaşlı insanlar rastlaşır. Bundan əlavə, ateroskleroz səbəbindən ayaqlar üşüyə bilər.

“Ayaqların üşüməsinin səbəbi endokrin sistem, tiroid funksiyasının pozulması, hipotiroidizm və şəkərli diabet problemi ola bilər. Həmçinin, böyük damarlardakı sklerotik lövhələr qan axınını pozaraq periferik arteriyalara yayılmağa başlayanda, obliterasiya edən ateroskleroz səbəbindən ayaqlar soyuq ola bilər. Bu simptom tez-tez yaşlı isanlarda rast gəlinir”, - Fariseeva deyib.

Dietoloq qeyd edib ki, gənclər də diqqətli olmalıdırlar. Fariseyeva qeyd edib ki, erkən yaşda ayaqların daim üşüməsinin səbəbini endarteriitdə axtarmaq lazımdır.

Gənc yaşda soyuq ayaqların simptomu obliterasiyaedici endarteriit kimi  xəstəliklə müşayiət oluna bilər – periferik arteriyaların proqressiv zədələnməsi olub, damarların daxili astarının iltihabıdır.

QAZİLER.AZ

Chosen
16
qaziler.az

1Sources