EN

Şəkidə “Azərişığ”ın 10 illiyinə həsr olunmuş tədbir - Foto

Fevralın 10-da Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, “Şimal-Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin, Şəki Elektrik Şəbəkəsinin məsul şəxsləri, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində çalışan şəxslər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə, o cümlədən rayonda istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi sahəsində “Azərişıq” ASC tərəfindən görülən genişmiqyaslı işlərdən söz açıb, bu sahədə çalışanları yubiley münasibətilə təbrik edib.

Tədbirdə “Şimal-Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin istismar üzrə rəis müavini Nüsrət Əmikişiyev, Şəki Elektrik Şəbəkəsinin rəisi Söhrab Xəlilov çıxış ediblər.

Sonda rayonda istehlakçıların elektrik enerjisi ilə təchizatı sahəsində səmərəli fəaliyyətinə və  xüsusi xidmətlərinə görə fərqlənən bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.








Chosen
13
qafqazinfo.az

1Sources