EN

İsrai Suriyanın daxilində hərbi bazalar qurub?

Son zamanlar Suriya-Livan sərhədində bir neçə hədəfə arabir endirilən zərbələr fonunda Suriyanın bufer zonasına daxil olan İsrail qüvvələri burada hərbi bazalar qurublar.

KONKRET.az xəbər verir ki, İsrail ordusu iki ay əvvəl başladığı əməliyyat çərçivəsində Suriya daxilində doqquz hərbi obyekt inşa edib. İsrail hərbi mənbələrinin məlumatına görə, bazalar Hermon dağından cənub Colan təpələrindəki sərhəd üçbucağına qədər uzanır və daimi əsaslarla tikilir.

Onlar sərt hava şəraitində, xüsusən qışda işləmək üçün lazım olan hər şeylə təchiz edilib. Obyektlər həmçinin İsrailin şimal-şərq bölgəsini qoruyan təhlükəsizlik zolağına çevrilən Suriya ilə Colan təpələri arasındakı bufer zonası üçün müşahidə və təhlükəsizlik mərkəzləri kimi dizayn edilib.

Bundan əlavə, İsrail qüvvələri Suriyanın qonşu kəndlərinin sakinləri ilə münasibətləri gücləndirməyə çalışır, eyni zamanda onlarla birbaşa əlaqəni azaltmağa səy göstərir.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
5
konkret.az

1Sources