Bir müddətdir xəbər alınmayan və Əskişəhərdə tək yaşayan 67 yaşlı kişinin bir həftə əvvəl evində öldüyü öyrənilib.
News24.az bildirir ki, 3 uşaq atası olan 67 yaşlı kişinin yaxınları ondan xəbər almayınca vəziyyəti polis qruplarına bildirilib.
Polis qrupları iqamətgaha gedib qapını açanda həmin şəxsi yerdə uzanmış vəziyyətdə tapıblar. Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs təxminən bir həftə əvvəl dünyasını dəyişib.
Digər tərəfdən, cəsədin bəzi hissələrinin siçovullar tərəfindən yeyildiyi öyrənilib.
Kişinin ölümünün dəqiq səbəbini müəyyən etmək üçün araşdırmalara başlanılıb.
Zəhraxanım Şeydayeva