EN

Azərbaycanda mənzil tikintisi üzrə investisiyaların dəyəri iki dəfəyədək artıb

Bakı. Trend:

Ötən il Azərbaycanda tikinti sektoru üzrə əsas kapitalayönəldilmiş investisiyaların dəyəri 5,3 milyard manat təşkiledib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 11,8%çoxdur.

Hesabat dövründə ölkədə mənzil tikintisi üzrə əsas kapitalayönəldilmiş investisiyaların dəyəri isə 2,6 milyard manata bərabərolub ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 92,8% artımdeməkdir.

Ötən il mənzil tikintisi üzrə əsas kapitala yönəldilmişinvestisiyaların dəyərinin ümumi yekunda xüsusi çəkisi 12% təşkiledib.

Qeyd edək ki, Azərbaycanda 2024-cü ildə əsas kapitala 21,4milyard manat məbləğində, yaxud 2023-cü illə müqayisədə 0,7 faiz azinvestisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmişinvestisiyaların həcmi 10,2% azalıb, qeyri neft-qaz sektorunayönəldilmiş investisiyaların həcmi isə 3,3% artıb.

Chosen
5
az.trend.az

1Sources