EN

Bələdiyyə seçkilərində aşkar cinayət faktları açılır...

Image

Şəmsəddin Əliyev: “Qanunvericiliyin tələbinə uyğun olaraq, həmin vəzifəli şəxslə bağlı cinayət təqibi üzrə prosessual hərəkətlər həyata keçirilə bilər”

Bir neçə gün əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bələdiyyə seçkiləri ilə əlaqədar 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə 24, 52 və 53 saylı seçki məntəqələri (Rəhimli bələdiyyəsi) ilə bağlı daxil olan müraciətlərə baxılıb. Məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. 

O qeyd edir ki, seçki protokollarının surətlərinə məqsədli şəkildə müdaxilə edilərək saxtakarlığa yol verildiyini nəzərə çatdırıb: “Protokolda namizədin 10 səs aldığı yazılıb, ancaq müraciətə əlavə edilən protokolun surətinə 1 rəqəmi əlavə edilərək, 110 səs göstərilib və bu, qanunsuzluq kimi təqdim edilib. Aydın olur ki, bu şəxslərin başında Uzunboyad bələdiyyəsinin hazırkı sədri Rafiq Muradov durur. Rafiq Muradov bu bələdiyyə seçkilərində də Rəhimli bələdiyyəsinə namizəd olub. Bu hallar üzə çıxdıqdan sonra Rafiq Muradovla əlaqə saxlamaq mümkün olmadı. Müraciət əsassız sayılmalı və seçki protokollarında manipulyasiyaya yol verildiyi şübhəsi olduğu üçün bu seçki subyektləri ilə bağlı materiallar cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməlidir”.

Qeyd edək ki, bələdiyyələrin birləşdirilməsi ilə əlaqədar Uzunboyad bələdiyyəsi Rəhimli bələdiyyəsinə birləşdirilib. Rafiq Muradov hazırda Uzunboyad bələdiyyəsinin sədridir.

Görəsən, baş vermis hadisə ilə bağlı cinayət işi açıla bilərmi? 

“Seçki komissiyasının üzvü tərəfindən sənədin saxtalaşdırılması qanunsuzluqdur, bunu edən cərimə və ya azadlıqdan məhrum edilə bilər”

Hüquqşünas Şəmsəddin Əliyev də “Bakı-Xəbər”ə bildirdi ki, qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq qanunsuzluq qeydə alınıb: “Referendum qaydaları pozulub, sənədlər saxtalaşdırılıb, bilərəkdən səslər düzgün hesablanmayıb və səsvermənin gizliliyi pozulub. Bu maddələrə uyğun həmin vəzifəli şəxslə bağlı cinayət təqibi üzrə prosesual hərəkətlər həyata keçirilə bilər. Həmçinin, açıqlanan məlumatda o da bildirilir ki, protokolun surətinə 1 rəqəmi əlavə edilərək, 110 səs göstərilib. Bu şəxs vəzifəsindən istifadə edib. İstintaq nəticəsində maraqlar da üzə çıxa bilər. Seçki komissiyasının üzvü tərəfindən sənədin saxtalaşdırılması qanunsuzluqdur. Bunu edən cərimə və ya azadlıqdan məhrum edilə bilər”.

Günel CƏLİLOVA





Chosen
28
baki-xeber.com

1Sources