EN

Tramp 1 sentin istehsalının dayandırılmasına göstəriş verib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ABŞ-də ən kütləvi istehsal olunan 1sent və "Linkolin penni" adlandırılan dövriyyə sikkələrinistehsalının dayandırılmasına göstəriş verib.

Trend xəbər verirki, bu barədə BBC məlumat yayıb.

Ağ Ev rəhbəri öz “Truth Social” sosial şəbəkəsində bildirib ki,aşağı denominasiyalı sent sikkələrini istehsalını dayandırmaqlabüdcə vəsaitinin "boşuna israf olunmasının" qarşını almaq olar.

Dövriyyədə olmasına rəğmən 1909-cu ildən bəri istehsal olunanLinkoln sentləri və ya penninin istehsalının nə dərəcədə səmərəliolması ilə bağlı uzun illərdir ki, ABŞ-da müzakirələr gedirdi.Mövcud inflyasiya səviyyəsini nəzərə almaqla, 1 sent gündəliksövdələşmələrdə çox az istifadə olunur.

Hazırda Linkoln sentləri mislə cilalanmış sinkdən hazırlanır və1 sentin istehsalı onun üzərindəki qiymətdən baha başa gəlir.

Qeyd edək ki, Linkolin senti eyni zamanda numizmatlar vəkolleksionerlər arasında dünyanın ən populyar sikkələrindənsayılır.

Məqalədə:
Chosen
12
2
az.trend.az

3Sources