EN

Çin lideri Moskvaya gedir

Çin prezidenti Si Cinpin 9 may 2025-ci ildə Böyük Vətən Müharibəsinin 80 illiyini qeyd etmək üçün Moskvaya gəlməyə hazırlaşır.

 

Oxu24.com xəbər verir  ki,  Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirib. “Öz növbəsində [Xi Jinping] Vladimir Vladimiroviç Putini sentyabrın əvvəlinə planlaşdırılan bayram tədbirləri üçün Çinə dəvət etdi”, - diplomat “Rossiya 24” telekanalının efirində bildirib.


Bu il Çin də Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyini qeyd edəcək. Pekin hələlik Si Cinpinin Moskvaya səfərini rəsmən təsdiqləməyib. O, sonuncu dəfə 2015-ci ildə Moskvada Qələbə Paradında iştirak edib. Putini Yeni il təbrikində Çin lideri “dünya antifaşist müharibəsi”ndə qələbənin 80-ci ildönümündə Rusiya ilə əməkdaşlığı dərinləşdirəcəyini vəd edib.

Daha əvvəl Kreml bəyan etmişdi ki, Rusiya mayın 9-da “çoxlu dövlət başçılarını” Moskvaya dəvət edib. Slovakiyanın baş naziri Robert Fiko, Serbiya prezidenti Aleksandr Vuçiç, Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas və Braziliya prezidenti Luiz İnasio Lula da Silva Qələbə Paradında iştirak etmək niyyətlərini açıqlayıblar. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalından bu yana heç bir xarici lider Qələbə Gününü qeyd etmək üçün Moskvaya gəlməyib.

2023-cü ildə, mayın 9-da Putin Moskvada yeddi postsovet dövlətinin başçısını bir araya topladı: Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan. Onlar, Ermənistanın baş naziri Nikol Paşinyan istisna olmaqla, 2024-cü ildə keçirilən paradda iştirak ediblər. Daha sonra onlara Qvineya-Bisau prezidenti Sisoku Embalo, Kuba prezidenti Mişel Diaz-Kanel Bermudez və Laos prezidenti Thongloun Sisoulith qoşulub.

Nigar

 

Chosen
6
1
oxu24.com

2Sources