Ukraynalı qaçqınlar Qərbi Avropanın daha zəngin ölkələrində həyat şəraitlərini yaxşılaşdırmaq üçün Polşanı tərk edirlər.
Bakıvaxtı.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ PolÅŸa KÄ°V-lÉ™ri mÉ™lumat dÉ™rc edib.Â
Bundan əvvəl Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarında ukraynalı qaçqınların kütləvi şəkildə Polşanı tərk edərək Almaniyaya getməyə başladığı ortaya çıxıb. Bildirilir ki, 2024-cü ilin sonunda Almaniyada 1,14 milyondan çox ukraynalı qaçqın yaşayır ki, bu da Avropa İttifaqına köçən ukraynalıların ümumi sayının 27,2 faizini təşkil edir. Eyni zamanda, Polşadakı Ukrayna vətəndaşlarının sayı 2022-ci ildəki 1,3 milyondan 983,8 min nəfərə qədər azalıb. Çexiyadakı ukraynalıların sayında da artım olub, 379 min nəfərə çatıb.