Azərbaycan Premyer Liqasının 22-ci turunda "Kəpəz" səfərdə "Araz-Naxçıvan"la 0-0 hesablı heç-heçə edib.
"Operativ Media" xəbər verir ki, "Araz-Naxçıvan" ilə oyundan sonra komandamızın baş məşqçisi Azər Bağırov matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb:
"Çətin oyun oldu. Xalsız dönmək istəmirdik. Zədəli, cəzalı futbolçumuz vardı. Buna baxmayaraq rotasiya edə bildik. Oyunda məğlub da ola bilərdik. Rəqibin ustalığı, keyfiyyəti göstərdi ki, futbol oynaya bilirlər. Futbolçularıma təşəkkür edirəm. Meydanda vuruşdular. Bəlkə də birinci hissənin sonunda təkbətək epizodu vura bilsəydik nəticə tam başqa cür olardı. Rəqib üstümüzə daha çox gəlməyə başlayacaqdı. İkinci hissə bizim üçün çətin başladı. Amma yekunda bir xal qazandıq. Məncə, yaxşı nəticədir".