"İnter Mayami" klubu yeni mövsüm üçün ev formasını təqdim edib.
Referans.az xəbər verir ki, ABŞ klubunun argentinalı hücumçusu Lionel Messi tərəfindən təqdim edilən forma çəhrayı rəngdədir. İnter Mayami bu formanı 2025 MLS mövsümündə geyinəcək.
Qeyd edək ki, Florida klubunun ikinci forması qara rəngdədir. "İnter Mayami" indiyə qədər bütün yoldaşlıq görüşlərində bu formanı geyinib./publika.az