Aprel ayından etibarən Bakı-Tiflis-Bakı qatarı istifadəyə veriləcək.
Bu barədə hökumətdəki mənbələrdən Gununsesi.info-ya bildirilib.
Qeyd olunub ki, Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.
Məlumata görə, aprel ayından etibarən Bakı-Tiflis-Bakı qatarı yenidən fəaliyyətə başlayacaq.
Sərnişindaşıma İsveçrənin “Stadler” qatarları vasitəsilə həyata keçiriləcək.
ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev "Sherg.az"a açıqlamasında bildirib ki, Bakı-Tiflis-Bakı qatarının istifadəyə veriləcəyi ilə bağlı qərar yoxdur:

"Azərbaycandan qatarla beynəlxalq istiqamətdə sərnişindaşıma Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə xüsusi karantin rejiminin tətbiqi, o cümlədən quru sərhədlərin bağlanması ilə əlaqədar dayandırılıb. Aprelin 1-inə qədər bu qərar qüvvədədir. Eyni zamanda quru sərhədlərin açılması ilə bağlı hər hansı rəsmi məlumat və ya qərar yoxdur".