EN

“Səfərdə 1 xal yaxşı nəticədir” – Azər Bağırov

“Çətin oyun oldu. Gəncəyə xalsız qayıtmaq istəmirdik. Heyətdə itkilərimiz var idi. Buna baxmayaraq, rotasiyalarımızı etdik. Uşaqlar vuruşdular. Təkbətək epizoddan istifadə etsəydik, başqa cür olardı, rəqib daha da üstümüzə gələrdi. İkinci hissə çətin başladı. Səfərdə 1 xal yaxşı nəticədir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov  “Araz-Naxçıvan”la (0:0) oyundan sonra deyib.

Bağırov oyunun gedişində Paçu əvəzlənməsi ilə bağlı sualı belə cavablandırıb:

“Hücumu daha da gücləndirmək istədim. Paçu hücumun axarına açılan oyunçu deyil. Sadiq Şəfiyevdə irəli açılmaq daha qabarıq görünür. Ona görə də daha çox hücumu gücləndirmək istədik”.

Chosen
33
3
idmanxeber.az

5Sources