EN

Bakı-Quba yolunda 20 yaşlı oğlanı maşın vurdu

Bakı-Quba yolunda piyadanı avtomobil vurub.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Quba yolunun 28-ci kilometrində qeydə alınıb. Şirvan şəhər sakini Cavid Mirzəyevin idarə etdiyi "Toyota" markalı avtomobil yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 2005-ci il təvəllüdlü Ceyranbatan qəsəbə sakini Rəvan Rüstəmovu vurub. Piyada ağır xəsarətlər alaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan "Unikal"a verilən məlumata görə, piyadanın vəziyyəti ağır qiymətləndirilir.

"10.02.2025-ci il tarixində saat 16:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. 

Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və sol baldır sümüyünün açıq sınığı diaqnozları təyin edilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir". 

Chosen
6
unikal.az

1Sources