EN

Dəhşətli avtomobil qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Qobustanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilir. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, fevralın 10-u saat 16 radələrində  Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində  baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər Şamaxı rayon sakini 2004-cü il təvvəllüdlü şəxs (qadın cinsli) qarın boşluğunun travması, qabırğanın sınığı və 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) kəllə-beyin travması diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Onlara ilkin tibbi yardım göstərilib, instrumental və diaqnostik müayinələr edilib. Hazırda müayinə və müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.


Telegram kanalımız
Chosen
16
yenisabah.az

1Sources