EN

"Montsa" yenidən Nestaya tapşırılıb

A Seriyasında "Montsa"nın baş məşqçi vəzifəsində növbəti dəyişiklik reallaşıb.

İdman.biz xəbər verir ki, Aleesandro Nesta yenidən komandaya başçılıq edəcək.

Ötən il dekabrın 23-də istefaya göndərilən Nestaya yenidən müraciət olub. O, 7 oyunda "Montsa"nı meydana çıxaran Salvatore Bokkettini əvəzləyib. 38 yaşlı Bokkettinin rəhbərliyi ilə komanda cəmi 1 qələbə qazanıb, 6 oyunda uduzub.

Qeyd edək ki, "Montsa" mövsümə Nestanın başçılığı ilə start verib. Komanda 23 matçdan sonra 13 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

İdman.biz

Chosen
19
idman.biz

1Sources