EN

“Qalatasaray“ Polşa millisinin üzvünü transfer etdi

"Qalatasaray" növbəti transferini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, "sarı-qırmızılılar" Polşa millisinin üzvü Prjemislav Frankovskini icarə əsasında heyətinə qatıb.

Fransanın "Lens" komandasında çıxış edən 29 yaşlı cinah müdafiəçisi cari mövsümün sonuna qədər "Qalatasaray"ın uğurları üçün çalışacaq.

Frankovskinin axşam saatlarında Türkiyəyə gələcəyi gözlənilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu cari mövsümdə 21 matça çıxıb, 5 qol və 2 ötürmə ilə yadda qalıb.


Telegram kanalımız
Chosen
20
yenisabah.az

1Sources