EN

Premyer Liqa klubu Türkiyə millisinin üzvünü heyətinə qatıb

İngiltərə Premyer Liqası təmsilçisi "Aston Villa" türkiyəli futbolçu Yasin Özcanı heyətinə qatıb.

"Far.Az" xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

18 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər hazırda çıxış etdiyi "Kasımpaşa" (Türkiyə) komandasının formasını geyinməyə davam edəcək. O, yeni kollektivə 2025/2026 mövsümündən qatılacaq.

Qeyd edək ki, Y.Özcan Türkiyənin 21 yaşadək futbolçulardan ibarət millisinin üzvüdür.

Chosen
21
3
far.az

6Sources