EN

Camış və at əti satan mağazanın fəaliyyəti dayandırıldı

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 125 ünvanında yerləşən ət satışı mağazasında həyata keçirilən nəzarət tədbiri zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətlərindən nümunələr götürülərək müayinələrin aparılması üçün müvafiq laboratoriyaya təqdim edilib.

Ucnoqta.az bildirir ki, sınaq nəticələrinə əsasən, götürülən həmin nümunələrdə camış və at DNT-ləri aşkarlanıb. 

Faktla bağlı fiziki şəxs Bayramov Vüqar Vəliqulu oğlu barəsində inzibati protokol tərtib edilib.

Sözügedən mağazanın fəaliyyəti dayandırılıb.

Chosen
101
14
ucnoqta.az

10Sources