EN

“Qalatasaray” aidiyyatı qurumlara müraciət etdi

"Qalatasaray" Super Liqanın XXIII turundakı "Adana Dəmirspor" matçı ilə bağlı açıqlama yayımlayıb.

Apasport.az xəbər verir ki, komanda yarıda saxlanılan Matçın ardından məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edildiyini bildirib:

"9 fevral 2025-ci il, bazar günü, "Qalatasaray" - "Adana Dəmirspor" arasında keçirilən matç öncəsi və sonrasında yaşanan hadisələrin aydınlaşdırılması məqsədilə hüquq-mühafizə orqanlarına lazımi müraciət klubumuz tərəfindən edilib".

Həmçinin açıqlamada: "Qalatasaray", Türk futbolunda ədalətin yanında yer almağa, meydanda ən yaxşısı olmaq və orada qalib gəlmək üçün bütün gücü ilə çalışmağa davam edəcək" - sözləri də qeyd edilib.

Qeyd edək ki, dünən keçirilən matç qonaqların təyin edilən penalti epizoduna etiraz etməsi səbəbilə, 33-cü dəqiqədə dayandırılmışdı.

"Siti" De Bruyneyə əvəzləyici tapıb

Messi yeni formada - FOTO

Zamiq oynadı, "Eqnatiya" qalib gəldi

Coşqun Diniyev Türkiyədə klubunu dəyişdi

Ronaldo Səudiyyə Ərəbistanında qalacaq

Chosen
10
1
apasport.az

2Sources