ABŞ prezidenti Donald Tramp Qəzza ilə bağlı qalmaqallı açıqlamalar verib.
Newscenter.az Röyters-ə istinadən xəbər verir ki, Qəzzanın ABŞ-a “sahibi” olacağını iddia edən Tramp, “Qəzzanı satın almaq və ona sahib olmaqda qərarlıyam” deyib.
Jurnalistlərə açıqlama verən Tramp, İsrailin hücumları nəticəsində xarabalığa çevrilən Qəzzanı “daşınmaz əmlak layihəsi” olaraq xarakterizə edərək, “Bunu böyük bir daşınmaz əmlak sahəsi kimi düşünün. Birləşmiş Ştatlar ona sahib olacaq və onu yavaş-yavaş, quracaq",- deyə vurğulayıb.
Tramp Fələstin xalqının məcburi köçkünlüyünə haqq qazandırmağa çalışaraq, Qəzzalıların geri qayıtmasına icazə verilməsinin “böyük səhv” olacağını iddia edib.
Mehman Mehdiyev