EN

Ceyhun Bayramov yeni səfiri qəbul edib - Müzakirə + FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Belarusun ölkəyə yeni təyin olunmuş səfiri Dmitri Pineviçi qəbul edib.

Mia.az Xarici İşlər Nazirliyinə istiandla bildirir ki, Belarusun Azərbaycana yeni səfiri təyin olunan Dmitri Pineviç etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona diplomatik missiyasında uğurlar arzulayıb.

İqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın istiqamətində Azərbaycan Respublikası və Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi önə çəkilib.

Ölkələrimizin regional və beynəlxalq təşkilatlarda, o cümlədən BMT, MDB, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq etdiyi və bu təşkilatlar daxilində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Səfir Dmitri Pineviç ölkəmizdə diplomatik missiyasına başlamaqdan məmnunluq duyduğunu ifadə edərək, səmimi qəbula görə minnətdarlığını bildirib. O, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini qeyd edib.

Görüş çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Chosen
1
40
mia.az

10Sources