EN

İspaniya Qəzzaya 12 ton humanitar yardım göndərib: "Fələstinlilər normal həyata qayıtmalıdırlar"

İspaniya Qəzzaya 12 ton humanitar yardım göndərib

Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Jose Manuel Albares Madriddəki Barajas hava limanında jurnalistlərə açıqlama verib.

Nazirin sözlərinə görə, Qəzzada atəşkəs daimi xarakter almalı və insanlar yurdlarına dönməli, gündəlik həyatları ilə məşğul olmalıdı: "Bütün fələstinlilər normal həyata qayıtmalıdırlar. Humanitar yardımdan sonra hamımız fələstinlilərlə əməkdaşlıq etməliyik. Bundan sonra iki dövlətli həll yolu tətbiq edilməli və qətiyyətli addımlar atılmalıdır. İsrail dövləti ilə birgə bölgədə Fələstin dövləti mövcud olmalıdır."

Tahir Şəlvəli
MİA.AZ

 

Chosen
12
mia.az

1Sources