EN

Qəzza üçün 80 milyon dollarlıq anlaşma memorandumu imzalandı

Fələstin Baş Nazirliyindən verilən yazılı açıqlamaya görə, BMTİP və AIOCP arasında anlaşma memorandumu Fələstinin Baş naziri Məhəmməd Mustafanın iştirakı ilə imzalanıb.

Turkustan.az xəbər verir ki, iki qurum arasında imzalanan 80 milyon dollarlıq anlaşma memorandumu İsrailin Qəzza zolağında vurduğu dağıntıların sayının qiymətləndirilməsi və dağıntıların çıxarılmasının birinci mərhələsini əhatə edir.

Baş nazir Mustafa imza mərasimindəki çıxışında, "Anlaşma memorandumu hökumətimizin Fələstin xalqının təcili əsas ehtiyaclarını qarşılamaq səylərinə töhfə verəcək" deyib.

Fələstin hökumətinin 6 aylıq bir proqram hazırladığını vurğulayan Mustafa, humanitar yardım prosesindən bərpa və iqtisadi canlanma prosesinə keçidi təmin edəcək 3 illik bir plan hazırladıqlarına diqqət çəkdi.

Qəzza zolağı üçün irəli sürdüyü proqram və plandan sonra 10 illik yenidənqurma prosesinin başlanılacağını bildirən Mustafa, sözlərini belə davam etdirdi:

"Bu proqram hərtərəfli plan çərçivəsində həyata keçirilir. Bu, Qəzzada həyatı canlandıracaq bir çox mühüm müdaxilələr arasında ilk addım olacaq".

O, ərəb dostlarının və BMT-nin İnkişaf Proqramındakı BMT rəsmilərinin dəstəyi ilə bu gündən etibarən sahədə fəaliyyətə başlayacaqlarını bildirib.

Hökumətin Qəzzadakı Media Ofisi İsrailin Qəzzaya hücumlarından birbaşa zərərin 33 milyard dollar olduğunu açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
11
turkustan.az

1Sources