EN

“Qarabağ” kimi transfer edib? - VİDEO

«O, «Qarabağ»a gələnə kimi avrokuboklarda çıxış etməyib».

Bu sözlər tanınmış teleturnalist Ceyhun Rzayevə məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı Matueş Koxalskinin Avropa Liqasındakı çıxışına nəzər salıb.

Bildirib ki, ötən ilin yayında «köhlən atlar»la müqavilə imzalayan polşalı qapıçı buna qədər qite arenasında özünü göstərmək şansı qazanmayıb.

Rzayevin dediyinə görə, polyak kiperin təcrübəsizliyi AL-nın ilk turlarında , xüsusən «Tottenhem»lə Londonda keçirilən matçda özünü göstərib, o, içindəki həyacanı boğa bilməyib.

Aparıcı qeyd edib ki, Avropa Liqasının əsas mərhələsində üst-üstə 6 oyuna çıxan «əlcək sahibi» praktika topladıqca, «Qarabağ»a daha çox fayda verəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
17
sportinfo.az

1Sources