EN

Azərbaycan-İran arasında razılaşmalar regionun rifahına xidmət edir - Şahin Mustafayev

Bakı. Trend:

Azərbaycan-İran əlaqələrinin inkişaf etdirilməsinə yönəlmişrazılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına,bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmətedir.

Trend-inməlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini ŞahinMustafayev İran İslam İnqilabının qələbəsinin 46-cı ildönümü iləəlaqədar təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan və İran qarşılıqlı hörmət vəetimada əsaslanan əməkdaşlıq münasibətlərinin bütün sahələrdəinkişafına əhəmiyyət verir.

Mustafayev deyib ki, son zamanlar yüksək səviyyəli nümayəndəheyətlərinin qarşılıqlı səfərləri həyata keçirilir.

"Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması, dövlətsuverenliyimizin tam bərpası ilə regionumuzda daha fəal əməkdaşlıqüçün əlverişli mühit yaranıb.

Yeni yaranan reallıqlar fonunda Azərbaycan-İran əməkdaşlığımüsbət dinamika qazanıb, müxtəlif sahələrdə birgə həyata keçirilənlayihələrin icrası yeni mərhələyə qədəm qoyub", - deyə o qeydedib.

Chosen
12
4
az.trend.az

5Sources