EN

Ukraynanın ABŞ-ın 52-ci ştatı olması təklif edildi

Ukraynanın ABŞ-ın 52-ci ştatı olması təklif edilib.

Publika.az xəbər verir ki, bu təkliflə Ukrayna Ali Radasının deputatı Maryana Bezuqla çıxış edib. O, öz "Telegram" kanalında bu barədə bildirib:

“Bəlkə 52-ci ştat olaq? Rusiya Federasiyası ilə tam qonşu".

Bezuqla bu sözlərlə ABŞ prezidenti Donald Trampın Kanadanın 51-ci ştat kimi ABŞ-a birləşdirilməsi təklifinə reaksiya verib.

Xatırladaq ki, Tramp dəfələrlə Kanada və Qrenlandiyanı ABŞ-a birləşdirmək istədiyini bəyan edib. Ağ Ev rəhbəri Panama kanalını da ABŞ-ın nəzarətinə qaytarmaq niyyətindədir. Onun açıqlamaları Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb. Tramp bildirmişdi ki, Kanada ABŞ-ın 51-ci ştatı kimi “daha ​​yaxşı vəziyyətdə” olacaq. Siyasətçi həmçinin iddia edib ki, ölkəsi Kanadaya görə hər il 200 milyard dollar itirir və bunun davam etməsinə imkan verməyəcək. Bundan əlavə, Tramp Kanadanın ABŞ-a qoşulması məsələsini müzakirə edərkən vergi və müdafiəyə əhəmiyyətli qənaətin kanadalılar üçün üstünlük ola biləcəyi fikrini də ifadə edib.

Chosen
30
3
publika.az

10Sources