EN

Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib.

APA-nın Türkiyə müxbirinin xəbərinə görə, bu barədə Azərbaycanın Ankaradakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik üzrə baş direktoru Azər Musayev və Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Qafqaz üzrə baş direktoru Mehmet Samsarın sədrliyi ilə nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Görüşdə ikitərəfli siyasi əlaqələr və beynəlxalq təşkilatlarda əməkdaşlıq müzakirə edilib.

Chosen
35
21
azpolitika.info

10Sources