EN

İş saatlarının dəyişdirilməsi nəqliyyat sıxlığını azaldacaq? VİDEO

Bakıda və ətraf ərazilərdə nəqliyyat yükünü azaltmaq və ictimai nəqliyyat sisteminin effektivliyini artırmaq məqsədilə iş saatları dəyişdirilə bilər.

Məsələ ilə əlaqədar dövlət qurumları tərəfindən rəsmi məlumat açıqlanmasa da, sosial mediada bununla bağlı dünya təcrübəsi ətrafında müzakirələr aparılır.

Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu üsul effektiv ola bilər. Lakin iş saatlarının dəyişdirilməsi zamanı həm işəgötürənin, həm də işçinin maraqları nəzərə alınmalıdır. Dünyanın bəzi ölkələrində bu sistem artıq tətbiq edilir. Sistemin işə salınması nəticəsində insanların eyni anda işə gedib və ya işdən çıxmasının qarşısı alınır ki, bu da nəqliyyat yükünü müəyyən qədər azaldır.

Vətəndaşların Əmək Hüquqlarının  Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, nəqliyyat yükünü müəyyən saatlarda artıran əsas səbəb məktəblərin qarşısında yaranan sıxlıqdır. İş saatları isə bu kimi problemlərin aradan qaldırılması üçün atılan addımlardan yalnız biridir. Saatların dəyişməsi bəzi şirkətlər üçün həm də əlavə kommunal xərclər yarada bilər.

Sahib Məmmədovun sözlərinə görə, bəzi mühüm dövlət qurumları və ya xidmət sahələri var ki, onların iş saatlarında hər hansı dəyişiklik edilə bilməz. Dünya təcrübəsində saat 7-dən 15:00-a, 8-dən 16:00-a, 9-dan 17:00-a, 10-dan 18:00-a tətbiq edilən iş saatları isə əsasən iri müəssisə və təşkilatlara aiddir ki, ölkəmizdə də belə müəssisələrin sayı çox deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
35
xezerxeber.az

1Sources