EN

Bakıda park, bağ, həyət və səkilərdə yenidənqurma işləri aparılacaq – 3 milyonluq LAYİHƏ

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, abadlıq və yenidənqurma işləri aparılacaq.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə start verib.

Belə ki, qurum sözügedən işlərin icrası ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlayıb.

 

Məlumata görə, şəhər ərazisində müəyyən edilmiş səki, həyət, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin layihə smeta sənədləri hazırlanacaq.

Qurum qeyd olunan işlərin icrasına 3 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Chosen
5
2
day.az

3Sources