EN

"Barselona" və "Liverpul" oyunçularını dəyişdirə bilər

"Barselona" və "Liverpul" yay transfer pəncərəsində kifayət qədər yüksək səviyyəli oyunçu mübadiləsi edə bilər.

90deqiqe.Az "El Nacional"a istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi Frenki de Yonq İspaniyadan İngiltərəyə, kolumbiyalı hücumçu Luis Diaz isə əks istiqamətdə keçə bilər.

Bu ideyanı Kataloniya klubunun idman direktoru Deko dəstəkləyir.

Qeyd edək ki, 28 yaşlı Luis Diaz nüfuzlu Transfermarkt portalının ekspertləri tərəfindən 85 milyon avro dəyərində dəyərləndirilir. 27 yaşlı Frenkie de Yonq isə öz növbəsində 45 milyon avro dəyərində qiymətləndirilir.

Chosen
22
90deqiqe.az

1Sources