EN

ABŞ və Cənubi Koreya hərbi təlimlər keçirib

ABŞ və Cənubi Koreya hərbçiləri Şimali Koreya ilə sərhəd yaxınlığındakı poliqonda genişmiqyaslı birgə canlı atəş təlimləri keçirir.

SİA xəbər verir ki, bu barədə fevralın 10-da Cənubi Koreya ordusuna istinadən Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hərbsizləşdirilmiş zonadan təxminən 30 km aralıda yerləşən Poçeon şəhərindəki Rodriqes poliqonunda təlimlər ötən bazar ertəsi başlayıb və üç həftə davam edəcək. Onlara 2000-ə yaxın hərbi qulluqçu və 150-dən çox hərbi texnika, o cümlədən Stryker döyüş maşınları, M777A2 haubitsaları, Apache hücum helikopterləri və A-10 hücum təyyarələri cəlb olunub.

KİV-in məlumatına görə, təlimlərin məqsədi müttəfiqlərin birgə əməliyyat imkanlarını gücləndirmək və ABŞ Silahlı Qüvvələrinin Stryker rotasiya bölməsinə yardım göstərməkdir.

ABŞ ordusu daha əvvəl bu cür təlimləri ayrıca keçirib, Cənubi Koreya ilk dəfə keçən ilin iyulunda bu təlimlərə qoşulub.

Əli Babayev

Chosen
8
sia.az

1Sources