Avropa Komissiyası (AK) hesab edir ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə mümkün danışıqlar masasında Avropa İttifaqının yeri var.
NOCOMMENT.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Anita Hipper deyib.
“Ukrayna ilə bağlı mövqeyimiz aydındır: Ukraynasız Ukrayna haqqında heç nə yoxdur. Avropa da masa arxasındadır (danışıqlar. — RT), biz Vladimir Zelenskinin təşəbbüsünü dəstəkləyirik. İstənilən təklifdə isə Ukraynanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır”, – Hipper bildirib.
Hipper əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında baş tutan telefon danışığı ilə bağlı heç bir şərhi yoxdur.