EN

Azərbaycan-İran arasında razılaşmalar regionun rifahına xidmət edir - Şahin Mustafayev

Bakı. TurkicWorld:

Azərbaycan-İran əlaqələrinin inkişaf etdirilməsinə yönəlmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir.

TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İran İslam İnqilabının qələbəsinin 46-cı ildönümü ilə əlaqədar təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan və İran qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına əhəmiyyət verir.

Mustafayev deyib ki, son zamanlar yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilir.

"Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması, dövlət suverenliyimizin tam bərpası ilə regionumuzda daha fəal əməkdaşlıq üçün əlverişli mühit yaranıb.

Yeni yaranan reallıqlar fonunda Azərbaycan-İran əməkdaşlığı müsbət dinamika qazanıb, müxtəlif sahələrdə birgə həyata keçirilən layihələrin icrası yeni mərhələyə qədəm qoyub", - deyə o qeyd edib.

Chosen
14
4
turkic.world

5Sources