Nikol Paşinyanın son açıqlamaları növbəti güzəştlərə hazırlaşmaq ideyasına əsaslanır.
KONKRET.az xəbər verir ki, bunu fövqəladə və səlahiyyətli səfir Dzyunik Ağacanyan deyib.
“Onlar (Türkiyə-Azərbaycan tandemi və Anqlosakson qüvvələri) hesab edirlər ki, əhalinin narazılığı müəyyən qədər səngiyib və hazırda planlarını həyata keçirmək imkanı yaranıb. Son məqsədləri isə Rusiya və İranı məhv etməkdir”, deyə o, əlavə edib.
Ağacanyanın fikrincə, bunun üçün “Zəngəzur dəhlizi”nin açılması həlledici əhəmiyyət kəsb edir:
“Və təsadüfi deyil ki, məhz bu dövrdə həm Türkiyə tərəfdən, həm də bizim hakimiyyətdən tezislər daha fəal səslənir. Ancaq İran tərəfi buna qarşı çıxır.
Eyni məntiq Ermənistanın Birləşmiş Ştatlarla tələsik sənəd imzalamasına da aiddir. Bu da mahiyyət etibarilə İran sərhədinə nəzarətin tədricən Qərb dövlətlərinə verilməsidir.
Bütün bunlar təsadüfi deyil, razılaşma çoxdan əldə olunub”, deyə o, yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az