EN

Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 38-ə çatıb

Saxta spirtli içkidən ölən Ankara sakinlərinin sayı 38-ə çatıb.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, Ankarada tibb müəssisələrinin reanimasiya şöbələrində 32 nəfər müalicə alır, daha 33 nəfər xəstəxanadan evə buraxılıb.

Ankara məhkəmə instansiyalarının qərarı ilə saxta alkoqollu içkilərin istehsalında ittiham olunan 19 nəfər həbs olunub.

Bundan əvvəl İstanbulda saxta spirtli içkilərdən 70 nəfər dünyasını dəyişmişdi.

Ölümcül alkoqollu içkilərdən istifadə edə biləcək şəxslərin müəyyən olunması üçün xüsusi qruplar yaradılıb.

Chosen
41
7
sia.az

10Sources