EN

BMJ: Alkoqol xüsusilə 15-19 yaşlıların beyni üçün təhlükəlidir

Yeni Cənubi Uels Universitetinin alimləri müəyyən ediblər ki, insan beyni alkoqolun mənfi təsirlərinə ən çox embrional inkişaf zamanı və 15-19 yaşları arasında həssas olur. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "British Medical Journal" (BMJ) jurnalında dərc olunub.

Alimlərin fikrincə, spirtli içkilər ilk növbədə beyin hüceyrələrinə zərər verir və yalnız bundan sonra onun zərərli təsiri qaraciyər və mədəaltı vəzi kimi daxili orqanlara yayılır.

Hamilə qadınların istehlak etdiyi spirt uşağın inkişafı üçün xüsusi təhlükə yaradır. Bu, doğuşdan sonra da davam edə biləcək idrak funksiyası ilə bağlı problemlərə səbəb ola bilər.

Həmçinin 15-19 yaş arası yeniyetmələr də risk altındadır. Bu dövrdə beynin hüceyrə strukturları hələ də inkişaf mərhələsindədir və spirt onların formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Alimlər qeyd edirlər ki, yeniyetməlik dövründə spirt istehlakı beyin qabığının həcminin azalması, funksional əlaqənin pisləşməsi və ağ maddənin əmələ gəlməsinin ləngiməsi ilə əlaqələndirilir. Ağ maddə beynin müxtəlif hissələri arasında məlumat mübadiləsində də rol oynayır. Bu, insanların hərəkət etməsinə və xarici dünyanı qavramasına imkan verən motor və hiss sahələri arasında siqnalların ötürülməsini təmin edir.

Samir

Chosen
17
1
hit.az

2Sources