EN

Danimarka Trampın Qrenlandiya təzyiqinə qarşı hərəkətə keçdi - 1 TRİLYON DOLLARA...

Danimarkalı fəallar Kaliforniyanı ABŞ-dən 1 trilyon dollara almağı təklif ediblər.

Sherg.az xəbər verir ki, Danimarkanın "Denmarkification" təşəbbüs qrupu prezident Donald Trampın Qrenlandiyanı ABŞ-yə qatmaq istəyinə cavab olaraq krallığa Kaliforniya ştatını almağı təklif edib.

Onların təqribən 200.000 imza toplayan petisiyasında Kaliforniyanın isti iqlimi vurğulanır və Disneylandın adının “Hans Christian Andersenland” adlandırılması təklif edilir.

"Kaliforniya Yeni Danimarkaya çevriləcək. Los Anceles? Daha çox Løs Ångelesə bənzəyir", - fəallar öz internet səhifəsində yazıblar.
Chosen
7
sherg.az

1Sources