ABŞ prezidenti Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı almaq planına cavab olaraq, “Kaliforniyanın Danimarka ərazisi” olması üçün kampaniya başlayıb.Kampaniya ilə bağlı “Danimarkalaşdırma” (Denmarkification) adlı internet saytında açıqlama verilib.Açıqlamada deyilir ki, kampaniya Trampın Qrenlandiyanı almaq planına cavab olaraq Kaliforniya ştatını ABŞ-dan alıb Danimarka ərazisinə çevirmək məqsədi daşıyır.Açıqlamada Respublikaçı Trampın Demokratların qalası olan Kaliforniyanı sevmədiyi mesajı verilib və "Tramp Kaliforniyanın ən böyük pərəstişkarı deyil. Əminik ki, o, uyğun qiymətə ondan imtina etməyə hazır olacaq" ifadəsi qeyd edilib.Açıqlamada Trampın ağlına gələn hər şeyi edə biləcəyi və vətəndaşların ritorikasının onu dayandıra bilməyəcəyi vurğulanıb və “Tramp Kaliforniyanı satmaq istəsə, satar” bildirilib.Bəyanatda ABŞ-da müzakirə olunan məsələlərə də toxunularaq, Kaliforniyada qanunun aliliyi, universal səhiyyə və faktlara əsaslanan siyasətin üstünlük təşkil edə biləcəyi təklif edilir.Açıqlamada Kaliforniyanın isti və günəşli iqlimi, texnoloji üstünlük təşkil etməsi, avokado istehsalı, azadlığı və ölkənin ən məşhur əyləncə parklarından biri olan "Disneylend"ə ev sahibliyi etməsi kimi səbəblər sıralanıb və dövlətin satın alınacağı təqdirdə "Disneyland"ə danimarkalı yazıçı Hans Kristian Andersenlandın adının veriləcəyi qeyd edilib.Kampaniyaya 200 minə yaxın insan imza atıb.