EN

Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub

Kolumbiyada regional turnirdə iştirak edən 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub.

Kolumbiyanın “Cauca Hoy” portalı bu barədə fevralın 10-da öz Facebook səhifəsində məlumat yayıb.

Hadisənin El Real kəndində turnir zamanı baş verdiyi dəqiqləşdirilir. Ümumilikdə ildırım vurması 5 nəfərin həyatına son qoyub - beşinci qurban xəstəxanada dünyasını dəyişən kişi olub.

Daha iki yaralı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Chosen
25
6
aznews.az

10Sources