Metbuat.az xəbər verir ki, oyun zamanı əlverişsiz hava şəraiti müşahidə edilib. Yerli mediaya müsahibə verən şahidlər bildiriblər ki, matç başlayanda hava əlverişsiz olub. Bəzi tamaşaçılar quru qalmaq üçün yaxınlıqdakı daxmaya girib, bəziləri isə futbol meydançasının yaxınlığındakı ağacların altına sığınıb. Bu zaman ağaca ildırım düşüb. Nəticədə 4 qadın vəfat edib. Bəzi mənbələr ölənlərin futbolçu olduğunu yazır. Bəzi mənbələr isə tamaşaçı olduğunu irəli sürür. Hadisə zamanı daha 2 nəfər xəsarət alıb.