Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü “Zirə” ilə “Neftçi” arasında baş tutub.
Zirədə keçirilən oyunu Əliyar Ağayev idarə edib. Bu, “Zirə” ilə “Neftçi”nin çempionatda 37-ci görüşü olub. Əvvəlki 36 oyunda “qartallar” 14, “ağ-qaralar” 13 qələbə qazanmışdılar, 9 görüş isə bərabərliklə yekunlaşmışdı. “Zirə” son 3 görüşdə bu rəqibinə qol vurmuşdu. Son 5 qarşılaşmada meydan sahibi olan tərəf qalib gəlmişdi.
Üç qolun qeydə alındığı bu oyunda isə sonluq dramatik alınıb. Hər üç qol son dəqiqələrə təsadüf edib. Yekunda qələbəni “ağ-qaralar” bayram ediblər. Bu nəticədən sonra “Zirə” 39 xalla üçüncü, “Neftçi” isə 24 xalla altıncı pillədə qərarlaşıb.
Premyer Liqa
22-ci tur
10 fevral
“Zirə” – “Neftçi” 1:2
Qollar: Ruan Renato, 90+1 – Emin Mahmudov, 88. Ervin Koffi, 90+3.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 90. Davit Volkov, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 80. Həbib İsmayılov, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 23. Robert Bauer, 9. Bassala Sambu, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.