Misli Premyer Liqasının XXII turunun daha bir oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, "Neftçi" səfərdə "Zirə"nin qonağı olub.
Oyun "ağ-qaralar"ın qələbəsilə yekunlaşıb - 2:1. Oyunda bütün qollar son dəqiqələrdə vurulub.
Hesabı 88-ci dəqiqədə Emin Mahmudovla qonaqlar açıb. Meydan sahibləri 90+1-ci dəqiqədə cavab qolunu vurublar. Ruan Renato adını tabloya yazdırıb. 90+3-cü dəqiqədə fərqlənən Ervin Koffi "Neftçi"yə qələbə qazandırıb.
Bu nəticə ilə "Zirə" 39 xalla üçüncü sırada yer alıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv isə xallarının sayını 24-ə yüksəltməkdə bir pillə irəliləyib və altıncı sıraya yüksəlib.
Telegram kanalımız