EN

Qvardiola gələcəyi haqda DANIŞIB

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Real"la qarşılaşacağı 2024/2025 Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi gələcəyi ilə bağlı danışıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Gələcəyim üçün təhlükə hiss edirəmmi? yox. Bilmirəm, işəgötürən həkimə, memar və ya professora risk altında olduğunu deyirmi? Bilirəm ki, bu mahnını mənə hər stadionda oxuyurlar, amma yerimi riskə atmadığımı da bilirəm. Bu gün belə düşünürəm, o zaman, bəlkə sabah məni küçənin ortasında qoyub gedəcəklər. Amma məndə belə bir hiss yoxdur”

Çərşənbə axşamı, fevralın 11-də Çempionlar Liqasının 2024/25 mövsümünün pley-off mərhələsinin ilk oyununda "Mançester Siti" "Real Madrid"i qəbul edəcək. Görüşün Bakı vaxtı ilə saat 00:00-da başlaması planlaşdırılır.

Chosen
19
90deqiqe.az

1Sources