EN

"Neftçi" "Zirə" səfərində vacib qələbə qazandı

  Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyununda “Zirə” və “Neftçi" komandaları üz-üzə gəlib.

Referans.az xəbər verir ki, Zirə İdman Kompleksində keçirilən görüş “ağ-qaralar”ın qələbəsilə yekunlaşıb - 1:2.
Matçın 88-ci dəqiqəsində Emin Mahmudov hesabı açsa da, Ruan Renato 91+1-ci dəqiqədə hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə isə Edvin Koffi qələbə qolunun müəllifi olub.

Bu nəticə ilə “Neftçi” 24 xalla 6-cı pilləyə yüksəlib. “Zirə” isə 39 xalla 3-cü pillədə yeri dəyişməz qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Şamaxı" "Sumqayıt"a 1:0, "Sabah" Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib. Günün ilk oyununda "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edib- 0:0. Tura fevralın sabah “Qarabağ”- “Səbail” oyunu ilə yekun vurulacaq.  

Chosen
22
1
referans.az

2Sources