Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu