EN

Kreml Bakıya qara təbliğata başladı - Putin təzyiq siyasətinə üstünlük verəcək

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin son müsahibəsində deyib ki, Rusiya Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirmək planlarını rədd edir. “Biz bölgəni xaosdan qorumaq və onu əməkdaşlıq və tərəqqi zonasına çevirmək üçün əlimizdən gələni edəcəyik” deyən Qaluzin bunun Rusiyanın köklü marağına cavab verdiyini vurğulayıb.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Qaluzinin sözlərinin tam əksi müşahidə edilir:

“Rusiya Azərbaycanla münasibətləri gərginləşdirməklə özü bölgədə xaos yaradır. Kremlin Cənubi Qafqazın aparıcı dövləti ilə münasibətləri gərginləşdirməsi, mövcud vəziyyətdən çıxış yolları axtarmaması düşünülmüş planın tərkib hissəsinə oxşamağa başlayıb. Rusiya Prezidenti Vladimir Putin gərginliyə anında son verə bilər, ancaq görünür, o, bunu istəmir. Türkiyə bir neçə il əvvəl onun hava sərhədini pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki dövlət bir müddət küsülü qaldı. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına üzrxahlıq məktubu göndərdi və iki dövlət arasında normallaşma bərpa olundu".

Politoloq bildirib ki, hazırda Putin eynisini Azərbaycana münasibətdə eləmək istəmir:

"Belə olan halda Putin Azərbaycana qarşı təzyiq siyasətinə üstünlük verəcək, bu proses artıq qara təbliğat vasitəsilə başlayıb. Rəsmi Bakı bunu cavabsız qoymayaraq adekvat addımlar atır. Rusiya Prezidenti Böyük Vətən müharibəsinin bitməsinin 80 illiyi ilə bağlı 9 mayda Moskvada keçiriləcək tədbirə Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət edib. Rusiyaya tərəfdaş olan ölkələrin liderlərinin bir qismi də dəvətlidir. Münasibətlərin indiki vəziyyətində Azərbaycan Prezidentinin tədbirdə iştirakı mümkün deyil”.


Telegram kanalımız
Chosen
38
9
yenisabah.az

9Sources