EN

Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin həyətində məktəbdə çalışan qadının keçmiş əri təhsil müəssisəsinin həyətində onun şah damarını kəsib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15 radələrində baş verib.
270 nömrəli tam orta məktəbdən bildirilib ki, təhsil ocağının qadıntexniki işçisinə keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib: "Xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib".
O, boyunun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Chosen
43
1
oxu.az

10Sources