Nəqliyyat vasitəsinə haqsız yerə cərimə yazılan şəxs süni intellektin köməyi ilə cəriməsini sildirib.
Medianews.az İHA-ya istinadla xəbər verir ki, hadisə Türkiyənin Tokat şəhərində baş verib.
Belə ki, nəqliyyat vasitəsilə məktəbliləri daşıyan Mehmet Can Duran şagirdləri düşürdükdən sonra yola davam edib. O, daha sonra cərimə gəldiyini görüb.
Mehmet Can Duran əvvəlcə məhkəməyə müraciət edib cəriməsini sildirməyə düşünsə də, maddi çətinliyə görə fikrindən daşınıb. O, İHA-ya açıqlamasında süni intellektin köməyinə çatdığını söyləyib:
“Əgər vəkil tutsaydım, işin əleyhimə nəticələnməsi ilə əlavə maddi yük altına düşəcəkdim. Süni intellektin köməyi ilə cəzamı ləğv etdirdim, 2400 lirəm (113.29 AZN) cibimdə qaldı. Bir neçə saatımı ayıraraq həll yolu tapdım və cəriməni ödəməkdən xilas oldum. Süni intellekt olmasaydı, birgünlük qazancımı vermək məcburiyyətində qalacaqdım. Bu üsulu başqalarına da tövsiyə edirəm”, – deyə o söyləyib.(Ölkə.az)